BioNTech şirkətinin gəlirləri 2023-cü ildə 78 faiz azalıb
Alman biotexnologiya şirkəti BioNTech, Covid-19 peyvəndinə tələbin azalması və diqqətin xərçəng dərmanlarının inkişafına yönəlməsi səbəbindən gəlirlərinin 2023-cü ildə əvvəlki ilə nisbətən 78 faiz azaldığını bildirib.Almaniya şirkəti BioNTech keçən il və son rüb üçün maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin 2023-cü ildə xalis mənfəəti əvvəlki ilə nisbətən 90% azalaraq 930,3 milyon avroya düşüb. BioNTech 2022-ci ildə 9 milyard 434 milyon avro mənfəət əldə etdiyini açıqlamışdı.
Şirkətin gəlirləri ötən il 2022-ci illə müqayisədə 78 faiz azalaraq 3 milyard 819 milyon avroya düşüb. BioNTech 2022-ci ildə 17,31 milyard avro gəlir əldə edtmişdi.
Şirkət tənzimləyicilərin qərarlarından və Covid-19 peyvəndinin alınmasından asılı olaraq bu il gəlirlərinin 2,5-3,1 milyard avro olmasını hədəfləyir.
Bu il şirkətin Ar-Ge xərclərinin 2,4-2,6 milyard avro olacağı təxmin edilir.
BioNTech-in keçən ilin dördüncü rübündə xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 80 faiz azalaraq 457,9 milyon avro olub.
BioNTech-in baş direktoru və həmtəsisçisi Professor Uğur Şahin şirkətin ötən il Covid-19 peyvəndi bazarında lider mövqeyini qoruduğunu və müxtəlif ortaqlıqlara girərək onkologiya sahəsində əsas səriştələrini gücləndirdiyini və bir çox klinik irəliləyişlər əldə etdiyini qeyd edərək əlavə edib: “Məqsədimiz 2030-cu ilə qədər onkologiyada 10 məhsul təsdiqini əldə etmək və bununla da bütün dünyada xəstələr üçün müalicə variantlarını təkmilləşdirməkdir",
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























