Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bankdan yeni proqnoz - YAYDA NEFT DAHA DA BAHALAŞACAQ

Morgan Stanley, Brent markalı neftin barrel qiymətinin yayda 90 dollara yüksələcəyini gözləyir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bankdan yeni proqnoz - YAYDA NEFT DAHA DA BAHALAŞACAQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikanın qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti Morgan Stanley, OPEC+ ölkələrinin hasilatlarını azaltmaları və neft emalı zavodlarına edilən son dron hücumlarından sonra Rusiyanın neft hasilatının azalacağını əsas gətirərək, 2024-cü ilin üçüncü rübü üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 10 dollar artıraraq 90 dollar/barelə qaldırıb.

Marja.az xəbər verir ki, Morgan Stanley ikinci və üçüncü rüblər üçün OPEC və Rusiya üçün tədarük proqnozunu gündəlik 0,2-0,3 milyon barel azaldıb.

Reklam_3_11

Bank 2024-cü ilin birinci rübü üçün Brent neftinin qiyməti üzrə proqnozunu 82,5 dollardan 85 dollara, ikinci rüb üçün proqnozunu 82,5 dollardan 87,5 dollara, dördüncü rüb üçün qiymətləri isə əvvəlki 80 dollardan 85 dollara qaldırıb.

Bazar ertəsi Brent markalı neftin bir barelinin qiyməti 87 dolları görüb. Ukraynanın ilin əvvəlindən Rusiyanın neft infrastrukturuna hücumlarını artırması, Rusiyanın bir neçə iri neft emalı zavodunu vurması ilə qiymətlər dəstəklənib.

19.03.2024 10:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar