“Fibernet” və “ButaTelecom” cərimələndi
Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülübAzərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçota alınan operator və provayderlərin hesabatlılığı ilə bağlı fəaliyyətini davam etdirir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmət bazarlarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.
Bildirək ki, uçota alınan operator və provayderlərin fəaliyyətini əks etdirən məlumatların verilməsinə müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq, bir neçə internet provayder həmin məlumatların təqdim edilməsindən yayınır.
Dəfələrlə xəbərdarlıq edilsə də, məlumatların təqdim edilməsindən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokolun tərtib edilməsi təmin edilib və baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib.
İKTA bir daha telekommunikasiya operator və provayderlərinə müraciət edərək bildirir ki, cari fəaliyyətlərini özündə əks etdirən müvafiq məlumatların tənzimləyici orqana vaxtında təqdim edilməsi məsələsinə həssas yanaşılmalıdır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)





