Bank “BTB” səhmlərinin yerləşdirilməsi baş tutacaq - TARİX
12 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin 5 milyon manatlıq səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 13 mart 2024-cü il tarixində Bank “BTB” ASC-nin səhmləri üzrə abunə yazılışına baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 14-19 mart tarixləri aralığında keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.
Adi, adlı , sənədsiz səhmlərin sayı 5000 ədəd, hər birinin nominal dəyəri 1000 mantdır.
Xəbər verdiyimiz kimi, Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılır. Bank hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edib. Təklifin səbəbi Bankın gələcək inkişafı və artım planlarının icrası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi minimum kapital tələblərinə cavab verməsi və dayanıqlı kapital mövqeyinin təmin olunmasıdır. Emissiya nəticəsində cəlb olunucaq vəsait Bankın fəaliyyətinin mühüm növlərindən biri olan kreditləşmədə istifadə olunacaq. Emissiyanın həyata keçirilməsi nəticəsində cəlb olunacaq vəsaitin xalis məbləği 4 milyon 994 min 300 manat gözlənilir.
31 dekabr 2023-cü il tarixində Bank “BTB” ASC-nin nizamnamə kapitalı 66 milyon 450 min manat təşkil edib. Lakin yığılmış 19 milyon 87 min manat zərər ilə əlaqədar olaraq cəmi kapital 47 milyon 363 min manat təşkil edib. Bankın nizamnamə kapitalı hər birinin nominal dəyəri 1000 manat olan 66 450 ədəd adi, sənədsiz, adlı səhmdən ibarətdir.
Yerləşdirmə uğurla yekunlaşarsa Bankın nizamnamə kapital 71 milyon 450 min manata yüksələcəkdir.
Hazırda Bank “BTB” ASC-nin səhmdarları Mehdiyeva Nigar İsmayıl qızı (74.9872% ), Sadiq Rza İsmayıl oğlu (19.0128%) və Mahmudova Tükazban Ağa qızıdır (6%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ