Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qızılın qiyməti rekord ardınca rekord qırır - DAHA DA BAHALAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti rekord ardınca rekord qırır - DAHA DA BAHALAŞDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal bazarlarda qızıl ABŞ Mərkəzi Bankının (FED) bu il faiz dərəcələrini azaldacağına dair proqnozlar ilə bahalaşır. 

Marja.az xəbər verir ki, qızılın kəskin bahalaşması davam edir və bu gün yenidən rekord qırıb.

Reklam_3_11

Külçə qızıl əvvəlki altı seansda təxminən 7 faiz dəyər qazanıb. Bu gün bir unsiya qızılın qiyməti 2167 dolları görüb.

Son bir ildə qızıl 18 faizdən çox bahalaşıb. 

FED sədri Jerome Powell Çərşənbə günü faizlərin azaltmağa başlamağın məqsədəuyğun olacağını söyləyib. 

Citigroup növbəti üç ay üçün qızılın qiyməti üzrə proqnozunu bir unsiya üçün 2200 dollara, növbəti 6-12 ay üçün proqnozunu isə 2300 dollara yüksəldib. 

Aşağı faiz dərəcələr qızılın cəlbediciliyini artırır. Adətən FED faizlərini azaldan zaman Dollar ucuzlaşır. 

Geo-siyasi qeyri-müəyyənlik fonunda mərkəzi bankların qızıl alışını davam etdirəcəyi gözlənilir. Çin iqtisadiyyatının yavaşlaması da qlobal iqtisadi artımı cilovlayacaq. Beləliklə, qeyri-müəyyən maliyyə mühitində qızıl banklar və investorlar üçün təhlükəsiz investisiya olaraq qalacaq. Bu amillər ilə əlaqədar olaraq da qızıl bahalaşır.

07.03.2024 14:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ