Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bazarlarda son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda son vəziyyət

EUR/USD valyuta cütlüyü son iki həftə ərzində 1.0800 və 1.0870 diapazonunda ticarət olunurdu. Lakin AMB-nin qarşıdakı faiz qərarının və dünən ABŞ-da və Avrozonada dərc olunan statistik məlumatların fonunda EUR/USD ilk öncə 1.0914 səviyyəsini test etdi, sonra isə 1.0893 səviyyəsinə qədər geri döndü. Hal-hazırda valyuta cütlüyü 1.0904 səviyyəsində ticarət olunur.

Dünən ABŞ-da “JOLTS” Boş İş Yerləri Hesabatı proqnozların üzərində  açıqlandı. Ekspertlər göstəricinin 8.8 milyon səviyyəsində dərc olunmasını proqnozlaşdırsalar da, göstərici 8.863 milyon səviyyəsində dərc olundu. Bu da, öz növbəsində dolların qiymətlərinə bir qədər dəstək oldu.

Qızılın qiyməti səkkiz gün ardıcıl olaraq bahalaşaraq, 2160$ həddinə qalxıb və yeni tarixi maksimum səviyyəsinə çatıb. Hal-hazırda qızıl 2157$ səviyyəsində ticarət olunur. Dünya bazarında neftin qiyməti bir gün əvvəl 1% bahalaşdıqdan sonra, dünən ABŞ-da kommersiya məqsədli neft ehtiyatları haqqında hesabatın dərc olunmasından sonra, cümə axşamı səhər bir qədər ucuzlaşıb. Hal-hazırda “Brent” markalı neftin bir barrel üçün qiyməti 83.60$ səviyyəsində, “WTI” markalı neftin isə bir barrel üçün qiyməti 79.20$ səviyyəsində qərarlaşıb.

İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin şərhlərini qiymətləndirməyə davam edirlər. Bir gün əvvəl monetar siyasət ilə bağlı Konqresə təqdim etdiyi hesabatda o, ABŞ iqtisadiyyatının gözləntilərə uyğun inkişafını davam etdirəcəyi təqdirdə bu il monetar məhdudiyyətlərin yumşaldılmasının məqsədəuyğunluğunu vurğulamışdı. Bundan əlavə, FED sədri qeyd edib ki, bu sərtləşmə dövründə faiz dərəcəsi çox güman ki, pik səviyyəsindədir.

Bugün AMB-nin faiz qərarı və AMB sədri Kristin Laqardın çıxışı bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas hadisələrdəndirlər. Həmçinin ABŞ-da açıqlanacaq İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayı, Ticarət Saldosu, İdxal və İxrac göstəriciləri investorların maraqla gözlədikləri göstəricilərdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bugün Bakı vaxtı ilə saat 19:00-da FED sədri Cerom Pavelin çıxışı olacaq.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

07.03.2024 11:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ