Türkiyə şirkətinin terminalı Rusiyadan gələn bütün malları qəbul etməyi dayandırır
Türkiyənin cənub-şərqindəki Hatay vilayətində terminal işlədən Global Terminal Services (GTS) müştərilərinə Rusiyadan gələn bütün malları qəbul etməyi dayandıracağı barədə xəbərdarlıq edib.
Marja.az xəbər verir ki, bu barədə Reuters yazır.
“GTS Rusiya nefti ilə bütün mümkün əlaqələri kəsmək qərarına gəlib və 2024-cü ilin fevral ayının sonunda müştərilərinə elan edib ki, heç bir qanun, qayda və ya sanksiya pozuntusu olmasa belə, Rusiya mənşəli və ya hər hansı bir məhsulu qəbul etməyəcək. Bu, sanksiya qaydalarına əlavə tədbirdir”, - şirkətdən bildiriblər.
Açıqlamada qeyd olunur ki, əvvəlki bütün əməliyyatlar sanksiyalara tam uyğun olaraq həyata keçirilib. Hazırkı qərar mümkün sanksiyalardan yayınma sxemlərini aradan qaldırmaq üçün əlavə tədbirdir. Eyni zamanda, GTS, qadağa tətbiq edilməzdən əvvəl bəyan edilmiş Rusiya yüklərini qəbul etməyə davam edəcək.
Amerikanın Rusiya ilə işləməyə davam etdirən üçüncü ölkə şirkətlərini ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələməsi, artıq Türkiyə-Rusiya ticarətini soyudub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























