Qızılın qiyməti rekorda yaxın səviyyələrdədir
Qlobal bazarlarda qızıl, ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini endirməyə yaxın olduğuna dair işarələrin təsiri ilə rekord həddə yaxınlaşıb.
Marja.az xəbər verir ki, qiymətli metal 1,5 faizdən çox bahalaşaraq bir unsiyası 2117 dollara çatıb (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat). Bu, ötən il dekabrın 4-də qeydə alınmış, indiyə qədər ən yüksək səviyyə olan (rekord) 2135,39 dollara yaxındır.
Qızıl fevralın ortalarından yenidən bahalaşmağa başlayıb. Fed-in faizlərini azaltmaq üçün nə vaxt hərəkət edəcəyinin vaxtı hələ də qeyri-müəyyən olsa da, son həftələr onun yaxınlaşdığına dair işarələr qızılın bahalaşmasına səbəb olur. Swap bazarları göstərir ki, iyun ayında faiz endirimi ehtimalı təxminən 60 faizdir.
Həmçinin qızıl Yaxın Şərqdə artan gərginlik, Qırmızı dənizdə gəmilərə hücumlar, Çin iqtisadiyyatındakı problemlər və ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkilərindən də dəstək ala bilər. ABŞ Ali Məhkəməsi Donald Trampın bu il prezidentliyə namizədliyini irəli sürə biləcəyini bildirərək ona qadağa qoyulması addımlarını dayandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
42 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























