Yaponiyanın Nikkei indeksi rekord yeniləyib
Ekspertlərin fikrincə, artım amillərindən biri də Yaponiya Mərkəzi Bankının uçot dərəcəsini mahiyyətcə mənfi səviyyədə saxlayan ultra yumşaq pul siyasətidir.Asiyanın ən böyük birjası olan Tokio Fond Birjasının (TSE) əsas indeksi olan Nikkei bazar ertəsi ticarətin açılışında ilk dəfə 40 min bənd həddini keçərək tarixi rekorda imza atlıb.
Marja.az xəbər verir ki, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 06:00) Nikkei 0,80% yüksələrək 40 314,64 bəndə çatıb və indiyədək ən yüksək göstəricisini bir daha yeniləyib.
Analitiklər qeyd edirlər ki, əsas artım faktoru Amerika ticarət meydançalarında, xüsusən də yarımkeçiricilər ilə əlaqəli şirkətlərin səhmlərinin bahalaşmasıdır. Bunun fonunda Tokyo Electron, Advantest və SoftBank kimi bu sektordan olan şirkətlərin kotirovkaları da TSE-də artır.
ABŞ texnoloji şirkətləri son aylarda dəyər qazanıb, cümə günü çip istehsalçısı Nvidia-nın bazar dəyəri 2 trilyon dolları ötüb,
Həmçinin, ekspertlərin fikrincə, digər artım faktoru Qərb ölkələrindən fərqli olaraq, uçot dərəcəsini mahiyyətcə mənfi səviyyədə saxlayan Yaponiya Bankının (Mərkəzi Bank) ultra yumşaq pul siyasəti olaraq qalır.
Nikkei indeksi Yaponiyanın 225 şirkətinin səhmlərinin orta qiymətini əks etdirir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)





