Azərbaycan “TikTok”la rəqəmsal infrastrukturun təkmilləşdirilməsini müzakirə edib
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “TikTok” şirkətinin platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolovla görüşüb.
Qeyd edilib ki, dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Azərbaycanda da rəqəmsal infrastrukturun təkmilləşdirilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqinə, innovativ texnologiyaların tələblərinə uyğun bilik və bacarıqları olan insan kapitalının formalaşdırılmasına xüsusi önəm verilir.
Vurğulanıb ki, rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən təhsil, səhiyyə və digər sferalarda tətbiqi dayanıqlı inkişaf drayverlərinin hərəkətə gətirilməsini, ölkəmizin yeni qlobal trendlərə uyğunlaşmasını təmin edəcək.
Tərəflər Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları, eyni zamanda vergilər, maliyyə savadlılığı və ümumilikdə ölkənin iqtisadi prioritetləri haqqında məlumatlandırma və maarifləndirmə üçün kontentlərin hazırlanması barədə fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
7 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
8 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
9 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 9 saat əvvəl