AZAL Tivat şəhərinə bilet satışına start verib
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayın 2-nə planlaşdırılıb.
Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. May ayında Bakı ilə Tivat arasında uçuşlar həftədə bir dəfə — cümə axşamı günləri yerinə yetiriləcək, iyunun 10-dan isə bu istiqamətdə daha bir reys — bazar ertəsi günləri əlavə olunacaq.
Səyahət və istirahət üçün mükəmməl seçim olan Tivat gözəl çimərlikləri, füsunkar təbiəti və bənzərsiz memarlığı ilə səyahətçiləri cəlb edir.
Aviabiletləri AZAL-ın rəsmi saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






