DSMF və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığa dair memorandum imzalanıb
Şəhid və qazilərin övladlarına dəstək olmaq məqsədilə sosial layihələr həyata keçiriləcək.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “McDonald’s Azərbaycan” QSC arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.
DSMF-in İdarə heyətinin sədri Himalay Məmişov bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlığı nəzərdə tutur. Tərəflər əhalinin sosial cəhətdən həssas kateqoriyaya aid insanlara, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Vətən Müharibəsində mübarizə aparan şəhid və qazilərin övladlarına dəstək olmaq məqsədilə sosial layihələr həyata keçirəcək.
“McDonald’s Azərbaycan” QSC -nin baş direktoru Oskar Boqopolskiy qeyd edib ki, sosial məsuliyyət “McDonald’s” şirkətinin korporativ siyasətinin vacib hissəsidir və DSMF-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini daha da genişləndirir.
“Biz bu əməkdaşlığın uzunmüddətli olacağına əminik və nəzərdə tutulan layihələrin başlanmasını səbirsizliklə gözləyirik. Bu barədə ictimaiyyətə daha ətraflı məlumat təqdim ediləcək. Şəhid və Vətən Müharibəsinin qazilərinin övladlarına dəstək olmaq hər birimizin mənəvi borcudur və biz bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq”, - O.Boqopolski qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır












.jpg)








