Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət şirkətinin dollar istiqrazlarına 43 investordan 43 sifariş - HƏRRACIN NƏTİCƏSİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkətinin dollar istiqrazlarına 43 investordan 43 sifariş - HƏRRACIN NƏTİCƏSİ

23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019340 dövlət qeydiyyat nömrəli, 50 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatıb.

Marja.az Birjaya istinadən xəbər verir ki, yerləşdirmə üzrə anderrayterdən daxil olan məlumat əsasında abunə yazılışı zamanı 1000 ABŞ dolları qiymətindən 43 investor tərəfindən 43 sifariş təqdim edilib.

Reklam_3_11

İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri ildə iki dəfə, 6 aydan bir olmaqla investorlara ödəniləcək.

Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon ABŞ dolları təşkil edib. Bölüşdürülmə nəticəsində istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 50 milyon ABŞ dolları təşkil edib.

Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

 

 

23.02.2024 17:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ