Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vergi və Mühasibatlıq Zirvəsinin təşkilatçıları ilə müsahibə

"Tədbir iştirakçılarını maraqlı məzmunla yanaşı, əla ünsiyyət və şəbəkələşmə gözləyir"
iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi və Mühasibatlıq Zirvəsinin təşkilatçıları ilə müsahibə

(®) 16 mart tarixində Baku Marriott Boulevard Hoteldə keçiriləcək Vergi və Mühasibatlıq Zirvəsinin təşkilatçıları ilə müsahibə.

Həmin müsahibəni təqdim edirik:

“Good Finans” şirkətinin direktoru Vüsal Səlimov

- Vüsal bəy, Ölkəmizdə demək olar ki, hər sahə ilə bağlı müxtəlif forum və konfranslar keçirilir. Vergi və Mühasibatlıq Zirvəsini fərqləndirən amillər sizcə, nələrdir?

- Bu zirvənin əsas üstünlüyü elm tutumlu olması və işlərə, suallara praktiki yanaşmadır. İştirakçılar sərbəst şəkildə sualları bol vaxtdan istifadə edərək ünvanlaya və cavab ala bilərlər. Eyni zamanda, zirvədə təsadüfi spiker yoxdur və hər bir spiker tam diqqətlə seçilir. Buna görə də peşəkarlardan bilik və təcrübə əldə etmək xeyli asanlaşır.

- Zirvə zamanı neçə panel və spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək?

- Zirvədə 3 panel və 15-dən çox spiker nəzərdə tutulub. Əsasən yerli böyük şirkətlərdən və bizneslərdən spikerlər dəvət edilib.

- Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

- İlk tövsiyəm odur ki, əvvəlcədən suallar hazırlasınlar. Çay və yemək fasilələrində də spikerlərə yaxınlaşıb suallarını ünvanlaya bilərlər. Digər tərəfdən, dövlət orqanlarından dəvət edilən spikerlərlə görüş fürsəti bu vaxta qədər cavabını tapmaqda çətinlik çəkdikləri sualların cavablarını almaq üçün əsl tapıntıdır.

"Good Finance" şirkətinin vergi konsultantı Teymur Əşrəf 

Vergi və Müsahibatlıq Zirvəsinin yerli şirkətlərə və ümumillikdə biznes mühitinə nə kimi faydaları olacaq?

- Ötən ilki tədbirin təhlili göstərdi ki, zirvədə əhatə olunmuş mövzular təkcə maliyyə-mühasibat istiqamətində yox, bütövlükdə idarəetmə sahəsində aktuallıq daşımışdır. İstər özəl, istərsə də dövlət sektorunu təmsil edən ekspertlər vacib məqamlara toxunmuş, çıxışlar, sual-cavab formatında irəli sürülmüş bir sıra tezislər ənənəvi və sosial media platformalarında geniş müzakirələrə səbəb olmuşdur. Eyni yanaşmanın builki tədbirdə də təkrarlanması və daha əhətəli olması gözlənilir. Çünki biznes proseslerin dinamikliyi fonunda maliyyə-mühasibat sektorunun daxilində də yeni yanaşmalar təzahür edir, üstəlik bu proses qanunvericilikdə olan dəyişiklikləri də paralelində gətirir.

- Bu il zirvənin sloqanı “Düzgün hesab” seçilib. Sloqan ideyası necə yaranıb? 

- Tədbirin “Düzgün hesab” sloqanı ilə keçirilməsinə gəldikdə isə, biznesin inkişafı və risklərinin minimuma endirilməsi hərtərəfli ölçüb-biçməkdən, yəni düzgün hesab edə bilməkdən keçir. Biznesin daxilində “Düzgün hesab” edənlər isə mühasiblər və maliyyəçilərdir.

-Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

- Tədbir iştirakçılarını maraqlı məzmunla yanaşı əla ünsiyyət və şəbəkələşmə gözləyir. Əmin olsunlar ki, tədbirin xoş təəssüratını uzun müddət unuda bilməyəcəklər.

Vergi və Mühasibatlıq Zirvəsinin layihə kordinatoru Nərmin Nuriyeva

-“Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə artıq II dəfədir Vergi və Mühasibatlıq Zirvəsi keçirilir. Keçən ilki tədbir öz möhtəşəmliyi ilə yadda qalmışdı. Bu il tədbirdə bizi hansı yeniliklər gözləyir?

-Bəli, ötən il olduğu kimi bu il də Vergi və Mühasibatlıq Zirvəsinə maraq olduqca böyükdür. VMZ2023 ölkəmizdə istər format, istərsə də təşkilatçılıq baxımından müsbət istiqamətdə fərqlənən layihələrdən biri oldu. Digər təcrübələrimizdən yola çıxaraq, həmçinin yeni təkmilləşdirmələr apararaq Vergi və Mühasibatlıq Zirvəsi 2024 üçün hazırlıq işlərinə başlamışıq. Qeyd etmək istərdim ki, yaxın günlərdə VMZ2023-ün moderator və spikerlərinin çıxışlarından hazırlanmış icmal kitabça da oxuculara təqdim olunacaqdır.

- Hazırda təşkilati işlər hansı mərhələdədir? Ümumiyyətlə tədbirə maraq VMZ2023-lə müqayisədə nə dərəcədədir?

- Təşkilati işlərə yanvar ayının ilk həftəsindən başlamışıq, hazırlıq sürətlə davam edir. Tədbir günündən sonrakı müddətdə də işlərimiz davam edəcəkdir. Vergi və Mühasibatlıq Zirvəsi 2024-ə maraq ötən il ilə müqayisədə deyərdim ki daha çoxdur.

- Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?

-Vergi və Mühasibatlıq Zirvəsi 2024-ün panellərindən biri Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə həsr olunub. Mənim fikrimcə, qeyd olunan mövzu bu sahədə çalışan, həmçinin sahəyə maraqlı olan şəxslər üçün gündəm təşkil edir. Onlar tədbirə qatılaraq bu və  digər mövzular üzrə müzakirələrə qoşula, həmçinin onları maraqlandıran suallara cavab tapa bilərlər. Tədbirimiz networking və əlaqələrin möhkəmləndirilməsi üçün olduqca böyük platforma rolunu oynayır. İnanırıq ki, iştirakçılarımıza bu istiqamətdən də faydalı olacağıq.

- Təşəkkür edirik!

© Facemark.az

Mühasibatlıq Vergi zirvə GoodFinans Vüsal Səlimov Teymur Əşrəf Nərmin Nuriyeva VMZ2024
22.02.2024 15:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ