Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.

Marja.az xəbər verir ki, Fatih Karahanın sədrliyi ilə keçirilən ilk iclasda uçot dərəcəsi 45% səviyyəsində sabit saxlanılıb.

Reklam_3_11

Bank bir əvvəlki iclasında faiz dərəcəsini 2,50 bənd artıraraq 45 faizə çatdırmışdı və sərt pul siysətinin lazımi səviyyəyə çatdığını qeyd etmişdi. 

İqtisadçılar da Mərkəzi Bankın faiz dərəcələrində heç bir dəyişiklik etməyəcəyini proqnozlaşdırırdılar.

Bankın press-relizində deyilir: “İdarə Heyəti, aylıq inflyasiyanın əsas tendensiyasında əhəmiyyətli azalma əldə olunana və inflyasiya gözləntiləri proqnoza yaxınlaşana qədər faiz dərəcəsinin mövcud səviyyəsinin qorunub saxlanacağını qiymətləndirdi".

Açıqlamada inflyasiya ilə əlaqədar olaraq, "İdarə Heyəti inflyasiya gözləntiləri və qiymət davranışlarının proqnozlara uyğunluğunu və maaş artımlarının inflyasiyaya təsirlərini yaxından izləyəcək" - deyilir.

TCMB bu il inflyasiyanın may ayında 70 faizdən yuxarı səviyyəyə çatdıqdan sonra ilin sonunda tədricən 36 faizə enəcəyini proqnozlaşdırır. 

22.02.2024 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar