AccessBank-dan təhsil işçiləri üçün özəl endirim - 5%-DƏK
(®) Accessbank təhsil işçiləri üçün nəzərdə tutulan endirim kampaniyasını təqdim edir.
Müəllimlərin əvəzsiz töhfələrini dəyərləndirmək, onların maliyyə məqsədlərinə daha əlçatan və rahat şəkildə nail olmaq arzularını dəstəkləmək üçün AccessBank xüsusi 5%-dək endirim kampaniyasına başladığını elan edir.
Kampaniya 15 fevraldan 30 aprel tarixinədək qüvvədədir.
AccessBank-ın təklif etdiyi kampaniyanın şərtlərinə uyğun olaraq, təhsil işçiləri 6 aydan 48 ayadək əldə etdikləri kreditlər üzrə 5%-dək endirim əldə edəcəklər. Kampaniya çərçivəsində minimum illik faiz dərəcəsi 10 faiz maksimum 19% müəyyən edilib.
Faktiki illik faiz dərəcəsi (FİFD): min. 13,45% - maks. 20.69%. Komissiya: 1-3%. Kredit müddəti: min. 6 ay - maks. 48 ay
Accessbank bütün təhsil işçilərini nağd kredit fürsətindən istifadə etməyə və onların xüsusi ehtiyaclarına uyğun fərdiləşdirilmiş maliyyə həllərindən yararlanmağa dəvət edir. Təhsil işçiləri üçün tətbiq edilən 5%-dək endirim kampaniyası vasitəsilə AccessBank, ölkəmizdə sərfəli maliyyə həllərinin tətbiqi siyasətinə sadiqliyini nümayiş etdirməyə davam edir.
Məhsulu sifariş etmək üçün linkə keçid edin:
Təklif edilən nağd krediti bankın filiallarında rəsmiləşdirmək mümkündür. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar. Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
4 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
5 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
5 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
























