Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FED) yanvar toplantısının protokollarının dərc olunmasından öncə dollar major valyutalar qarşısında dəyər itirib. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.09% azalaraq 103.99 bənd təşkil edib.
FED yanvar toplantısının protokollarını bugün Bakı vaxtı ilə saat 23:00-da dərc edəcək. Hesabatda tənzimləyici qurumun faiz planları ilə bağlı bazar iştirakçıları üçün əlavə ipucları ola bilər. Əksər ekspertlər FED-in uçot faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxlayacağını proqnozlaşdırır. Bununla yanaşı, analitiklərin 77%-dən çoxu faiz dərəcəsinin yalnız iyun ayı üçün azaldılacağını proqnoz edirlər.
ABŞ-da qazın qiymətinin rekord minimuma enməsi yaxın aylarda qazma fəaliyyətinin azalmasına və nəticədə hasilatın azalmasına səbəb ola bilər. Son günlərdə “Henry Hub” kotirovkaları 2020-ci ilin iyul ayından bəri rekord həddə - min kubmetr üçün 60$-dan aşağı səviyyədə qərarlaşıblar. ABŞ-da qazın qiymətinin rekord səviyyədə enməsi ölkədə qışın isti keçməsi və ötən aylarda hasilatın artması ilə əlaqəlidir. Nəticədə, bazarda əhəmiyyətli dərəcədə profisit formalaşıb.
Həmçinin qızılın qiyməti ardıcıl dördüncü ticarət sessiyasında cüzi fərqlə müsbət səviyyədə olmaqla, tədricən artmaqda davam edir. Nyu-Yorkun “Comex” birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 13.95$ və ya 0.68% artaraq 1 troya unsiyası üçün 2 038.05$ təşkil edir. Gümüşün mart fyuçerslərinin qiyməti 1.59% azalaraq 1 unsiya üçün 23.1$ təşkil edib. Qızıl ötən çərşənbə günündən bəri təxminən 1.7% bahalaşıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























