ABŞ-da Cənub Qaz Dəhlizinin inkişafı müzakirə edilib
Energetika naziri Ağ Evdə ABŞ Prezidentinin köməkçisi ilə görüşübEnergetika naziri Pərviz Şahbazovun Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının (Ağ Ev) iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşü olub.
Görüşdə Azərbaycan-ABŞ münasibətlərində regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsiziliyi layihələrinin həyata keçirilməsi üzrə uzunmüddətli əməkdaşlığın əhəmiyyətindən, mürəkkəb enerji böhranı dövründə Cənub Qaz Dəhlizinin rolundan danışılıb.
Bildirilib ki, üç il ərzində Cənub Qaz Dəhlizi Avropanı 31 milyard kubmetrdən çox təbii qazla təchiz edib. Hazırda dəhlizin genişləndirilməsi və Avropaya tədarükün artırılması Azərbaycanın səyləri ilə həyata keçirilir.
Həmçinin Azərbaycanın zəngin bərpa olunan enerji potensialının ölkənin enerji keçidinə və Avropanın enerji təchizatını şaxələndirməyə yönəltdiyi qeyd olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsindən bəhs edilib və görülən işlər diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “yaşıl enerji”nin inkişafına güclü dəstək var. Azərbaycanın COP29-a sədrliyi də məhz yaşıl enerji, iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir.
Görüşdə COP29-a ev sahibliyi dövründə Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidi, iqlim maliyyələşməsi üzrə prosesə mümkün töhfələri, metan emissiyalarının azaldılması ilə bağlı siyasət və planlarına dair fikir mübadiləsi aparılıb. Enerji təhlükəsizliyi və iqlim hədəflərinin uzlaşdırılması məqsədilə Azərbaycan-ABŞ əməkdaşlıq dialoqunun aparılması razılaşdırılıb.
XXX
Energetika naziri Pərviz Şahbazov ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə Cənub Qaz Dəhlizinin inkişafını müzakirə edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə CQD-nin inkişafı, Avropaya qaz tədarükünün artırılması, yaşıl enerji ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik”, - paylaşımda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
12 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 13 saat əvvəl
-
14 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
14 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
14 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
14 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir






.jpg)








.jpg)







