Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı günü proqnozların üzərində dərc olunan statistik məlumatların fonunda bahalaşan dollar, dünən major valyutalar qarşısında bir qədər ucuzlaşıb və birjalarda vəziyyət stabilləşib. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 104.64 səviyyəsində qərarlaşıb. Qeyd etmək lazımdır ki, indeks dünən üç ayın zirvəsini yeniləyərək 104.97 bənd səviyyəsinə qədər artmışdır.
Analitiklər düşünürlər ki, ABŞ-da yanvar ayında yüksək səviyyədə açıqlanan inflyasiya göstəriciləri FED-in mart ayında uçot faiz dərəcəsini azaltması ehtimallarını, demək olar ki, sıfıra bərabər edir.
Bir gün əvvəl ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarının kəskin artması ilə bağlı məlumatların açıqlanmasından sonra, dünya bazarlarında neft qiymətləri cümə axşamı səhər ardıcıl ikinci gündür ki, ucuzlaşır. Lakin birjalarda, “qara qızıl”-ın qiymətinin artım tendensiyasında olduğunu qeyd etmək olar. “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0.4% ucuzlaşaraq, bir barrel üçün 81.27$, “WTI” markalı neftin mart fyuçersləri isə 0.47% ucuzlaşaraq, bir barrel üçün 76.28$ təşkil edib.
Bugün Beynəlxalq birjalarda volatilliyin artmasına səbəb ola biləcək bir neçə önəmli xəbər açıqlanacaq. Böyük Britaniyada dərc olunacaq ÜDM, Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq hadisələrdir. Həmçinin, ABŞ-da açıqlanacaq Pərakəndə Satış Həcminin Dövriyyəsi, Sənaye Sektorunda İstehsal Həcmi və İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər maraqla gözlənilən xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























