Qalobal bazarlarda son vəziyyət
Dünən ABŞ-da inflyasiyaya dair göstəricilərin proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə bahalaşdı. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.55% artaraq 104.74 bənd təşkil edib.
ABŞ-ın Əmək Nazirliyinin press-relizində qeyd olunur ki, yanvar ayında ölkədə İstehlak Qiymətləri İndeksi illik ifadədə 3.1%, aylıq ifadədə isə 0.3% təşkil edib. Həmçinin İstehlak Qiymətlərinin Baza İndeksi illik ifadədə 3.9%, aylıq ifadədə isə 0.4% səviyyəsində açıqlanıb.
Qeyd olunan statistik məlumatlar investorlar üçün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin gələcək kursu haqqında siqnal ola bilər. Tənzimləyici qurumun may ayında faiz dərəcəsini azaldacağını proqnoz edən analitiklərin sayı dərc olunan göstəricilərin fonunda azalıb.
Ekspertlər düşünüllər ki, yüksək səviyyədə açıqlanan inflyasiya məlumatları FED-i faiz endirimlərini may və iyun aylarından sonra da təxirə salmağa məcbur edə bilər. Arzuolunan 2%-lik inflyasiya hədəfinə çatmaq gözləniləndən daha çətin ola bilər. Bu səbəbdən daha uzun müddətə daha yüksək faiz dərəcələri qoruna bilər.
Dolların kəskin bahalaşması qızılın, əksinə, ucuzlaşması ilə nəticələndi. Hal-hazırda 1992$ səviyyəsində ticarət olunan dəyərli metal, dolların mövqelərinin möhkəmləndirməyə davam edəcəyi təqdirdə, bir qədər də dəyər itirə bilər.
Dünən “OPEC”-in aylıq hesabatı dərc olunub. Sənəddə təşkilat il üçün qlobal neft tələbatının artım proqnozunu sutkada 2.2 milyon barrel səviyyəsində saxlayıb. Eyni zamanda, “OPEC” bu il qeyri-təşkilati hasilatın artımı ilə bağlı təxminlərini 1.2 milyon barrel səviyyəsinə endirib. Bunun fonunda dünən “Brent” markalı neft 0.9%, “WTI” markalı neft isə 1.2% bahalaşıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkıtinin analitikləri tərəfindın hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























