Rubl, Karlsonun Putinlə müsahibəsinə reaksiya verdi
Amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putindən aldığı müsahibənin yayımlanmasından sonra cümə günü Moskva birjasında valyuta ticarətinin açılışında rublun məzənnəsi möhkəmlənib.
Marja.az xəbər verir ki, Moskva vaxtı ilə saat 07:03-ə olan məlumata görə, dolların məzənnəsi 0,39% azalaraq 90,5 rubl, avronun məzənnəsi 0,56% azalaraq 97,36 rubl təşkil edib. Yuan rubla nisbətdə 12,545 rubl təşkil edib (-0,09%).
Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibə verib. Müsahibə 2 saat 6 dəqiqə davam edib və bu müddət ərzində Rusiya lideri təxminən 60 sualı cavablandırıb.
Prezidentin sözlərinə görə, Rusiyanın xarici ticarət ödənişlərində dolların payı 13%-ə düşüb, yuan isə 34%-ə yüksəlib.
Prezident bildirib ki, hətta ABŞ-ın müttəfiqlərinin dollarda saxlanılan ehtiyatları azalır, hamı özünü qorumaq üçün fürsət axtarır. Putin ABŞ-ın Rusiya ilə dollar ödənişlərini məhdudlaşdırmaq qərarını “tamamilə cəfəngiyat” adlandırıb və hesab edir ki, bununla öz iqtisadiyyatlarına zərbə vurublar.
Ep. 73 The Vladimir Putin Interview pic.twitter.com/67YuZRkfLL
— Tucker Carlson (@TuckerCarlson) February 8, 2024
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























