Azərbaycanın lizinq şirkətinə əlavə maya qoyulur
"Legion Financial" ASC-nin nizamnamə kapitalı artırılır.
Marja.az xəbər verir ki, Şirkət hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd adi, sənədsiz, adlı səhmlər emissiya edib.
Səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa, "Legion Financial" şirkətinin nizamnamə kapitalı 1,4 milyon manatdan 1 milyon 494 min manata yüksələcəkdir.
Təklifin səbəbi nizamnamə kapitalının artırılmasıdır. Əldə olunmuş gəlir dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir. Gəlirlərin nəzərdə tutulan xalis məbləği 94 min 295.5 manat təşkil edəcək.
"Legion Financial" maliyyə lizinqi bazarında rəqabət aparır. Maliyyə lizinqi xidmətində əmlakın uzunmüddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu əmlakın lizinqalanın mülkiyyətinə verilməsi nəzərdə tutulur.
"Legion Financial" ASC-nin səhmdarları İsmayılov Turan Mübariz oğlu (57.91 %), Süleymanlı Rahim Rəhman oğlu (24.94%), Soltanov Rövşən Rafiq oğlu (11.14%) və Məmmədov Böyükağa Mirkamal oğludur (5.77%).
Səhmlərin yerləşdirilməsini "Assist Finance İnvestisiya Şirkəti” ASC təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
21 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























