QatarEnergy Hindistana ildə 7,5 milyon ton LNG tədarükü üçün 20 illik müqavilə imzalayıb
Çatdırılmaların 2028-ci ildə başlanması gözlənilirQətərin milli neft-qaz şirkəti QatarEnergy Hindistana mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb.
Marja.az xəbər verir ki, bu barədə “QatarEnergy” şirkətinin saytında dərc edilmiş məlumatda deyilir.
Müqavilənin şərtlərinə əsasən, Hindistanın neft-qaz şirkəti "Petronet LNG" 20 il müddətinə QatarEnergy-dən hər il 7,5 milyon ton LNG alacaq. Çatdırılmaların 2028-ci ildə başlanması gözlənilir.
Şirkətlər “India Energy Week 2024” beynəlxalq forumunun kuluarlarında saziş imzalayıblar.
Qətər təbii qaz ehtiyatlarına görə ilk üç ölkədən və dünyanın ən böyük LNG istehsalçılarından biridir. Son iki ildə QatarEnergy Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Hollandiya və Fransada bir neçə uzunmüddətli LNG tədarükü müqavilələri bağlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 50 d. əvvəl
- 10 saat əvvəl
-
16 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
19 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
20 saat əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
21 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
21 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 21 saat əvvəl