2 kolbasa istehsalçısı barəsində iş qaldırılıb, araşdırma davam edir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC, “HALAL PAYIM" MMC, “AY-MİN” MMC və Fiziki şəxs Elşad Mədətov Paşa oğlu haqqında iş qaldırıb.
Marja.az xəbər verir ki, bu barədə 2024-cü ilin Fevral ayı ərzində baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlərin cədvəlində məlumat verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yol sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina etməsi araşdırılır.
“HALAL PAYIM" barəsində kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırılmalar zamanı müəyyən edilmiş qanun pozuntusu araşdırılılır.
“AY-MİN” MMC barəsində kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırılmalar zamanı müəyyən edilmiş qanun pozuntusu araşdırılır.
Həmçinin İlqar Hacıyev Adil oğluna məxsus “HACIOĞLU” əmtəə nişanından fiziki şəxs Elşad Mədətov Paşa oğlu tərəfindən qanunsuz istifadə edilməsi araşdırılır.
Qeyd edək ki, “HALAL PAYIM" MMC və “AY-MİN” MMC şirkətləri haqqında iş ötən ildən qaldırılıb. İşlərə Dekabr ayında da baxılması nəzərdə tutulurdu.
Qanun pozuntusunun əlamətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləridir (əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi).
Qeyd edək ki, “HALAL PAYIM" MMC "Payım" əmtəə nişanlı məhsulların, "Ay-Min" MMC isə "Flaqman" əmtəə nişanlı məhsulları istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























