Çinlilərin ən çox aldığı 5 avtomobil
Çin avtomobilləri Azərbaycanda da məşhurlaşır. Bəs çinlilərin özləri arasında məşhur olan avtomobil markaları hansılardır?
Marja.az xarici mətbuata istinadən təqdim edir.
1. BYD
BYD Çin avtomobil bazarının lideridir. Ötən il Çində BYD-nin satışı 130% artıb və həmişə lider olan Volkswagen-i sıxışdıraraq bazarda birinci yerə yüksəlib.
2. Volkswagen
İkinci yerdə Almaniya markası qərarlaşıb. Ənənəvi olaraq çinlilər tərəfindən sevilir. Volkswagen daxili yanma mühərrikli avtomobillər üzrə Çin bazarındakı payını 2022-ci ildəki 19%-dən 2023-cü ildə 20%-ə qədər artırıb. Eyni zamanda, tədarükün həcmi də artıb. Volkswagen Group China daxiliyanma mühərrikli avtomobilləri də modernləşdirilir və hibridlərin istehsalına keçir.
3. Toyota
Populyarlığa görə üçüncü yerdə Toyota gəlir. Yüksək nəticə marketinq kampaniyaları və endirimlər ilə bağlıdır. Satışlarda lider Toyota Camry modelidir.
4. Honda
Honda çinli alıcılar arasında tələb olunan məşhur markadır. Yeri gəlmişkən, Honda Motor Çin üçün öz xəttini elektrikləşdirmək üçün yeni strategiya təqdim edib. Bu o deməkdir ki, 2030-cu ildən Çin bazarına daxil olan bütün Honda avtomobilləri elektrikləşdiriləcək, yəni hibrid və ya elektromobil olacaq.
5. Changan
Azərbaycanda da yaxşı tanınan Changan brendi reytinqi bağlayır. Çində bu markalı avtomobillərin qiymətlər aşağıdır.
Çində minik avtomobillərinin istehsalı bir müddət əvvəl geniş miqyasda inkişaf etməyə başlayıb. İndi Çin avtomobillərinin Çində payı artmaqdadır. Daim yeni brendlər və modellər peyda olur, mövcud olanlar isə restaylinq edilir. Bütün bunlara baxmayaraq hələ də çinlilər xarici istehsal avtomobilləri yerli avtomobillərindən daha çox seçirlər. Çində gəliri yüksək olan insanlar xarici istehsal, gəliri az olanlar isə yerli istehsal avtomobil alırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






