Bank BTB-də Strateji sessiya keçirilib - təkliflər dinlənilib, hədəflər müəyyən edilib
(®) Bank BTB-nin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə 27 yanvar tarixində Strateji sessiya baş tutub.
Sessiyada ötən ilin nəticələri təqdim olunmuş, eləcə də bu il üzrə fəaliyyət planları müzakirə edilmişdir.
Daha sonra satış üzrə müxtəlif göstəricilər analiz edilərək növbəti illərin hədəfləri müəyyən edilmişdir. Eyni zamanda bankın bazar mövqeyi, risk siyasəti üzrə göstəricilər əsasında müzakirələr aparılmışdır.
Qeyd edilib ki, cari il 2022-2024-cü illər üzrə təsdiq olunmuş 3 illik Strateji planın son ilidir. Sessiyada 2024-cü il üçün nəzərdə tutulan tədbirlər planının üzərindən keçilmiş və büdcə planlaması həyata keçirilmişdir.
Daha sonra işçi qruplarının bankın məhsul və xidmətlərinin təkmilləşdirilməsi istiqamətində təqdim etdiyi ideya və təkliflər rəhbərlik tərəfindən dinlənilmişdir. Rəqəmsallaşma, biznes proseslərin daha da sadələşdirilməsi, müştəri məmnuniyyətinin artırılması, onlayn xidmətlərin daha da əlçatan edilməsi və s. mövzular gələcəyə baxış konsepsiyasında öz əksini tapmışdır.
Bankın təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 38 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

























