VTB (Azərbaycan) nağd kreditin faizini endirib
(®) VTB (Azərbaycan) nağd pul krediti üzrə faiz dərəcəsini 0,5 faiz bəndi azaldaraq illik 10,49%-ə endirib. Eyni zamanda, kreditin maksimal məbləği 50 min manatadək yüksəldib. Ötən ilin sonuna bankın bu seqment üzrə kredit portfeli 6% artaraq 74,8 milyon manata çatıb.
Nağd kredit 300 manatdan 50 min manatadək, 1 aydan 59 ayadək müddətə verilir. Krediti SİMA İmza-dan istifadə etməklə rəsmiləşdirdikdə 1 faiz bəndinə qədər endirim tətbiq olunur. Müştərilər yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər bankların bir neçə kreditini birləşdirə və ya aşağı faizlə əlavə vəsait əldə edə bilərlər. Kampaniya 31 may tarixinədək etibarlıdır.
"Nağd kreditləri bankımızın pərakəndə satış seqmentinin əsasını təşkil edir. Ötən ilin nəticələrinə uyğun olaraq bankın ölkə üzrə kredit portfelinin həcmi 6% artaraq 74,8 milyon manata çatıb. Kredit şərtlərinin yenilənməsi tələbatın artmasına və əhalinin istehlak və ticarət fəallığının artmasına kömək edəcək", - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Nağd pul kreditindən yararlanmaq üçün həm yeni, həm də mövcud müştərilər, VTB (Azərbaycan)-ın rəsmi saytında nağd pul krediti seçməli, ərizə doldurmalı, video identifikasiyadan keçməli, bankın qərarını gözləməli və SİMA İmza-dan istifadə etməklə sənədləri imzalamalıdır. Kredit verilmə proseduru başa çatdıqdan sonra vəsait borcalanın hesabına dərhal köçürüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















