Bolt şirkəti Bakı və Sumqayıtda skuterlərin icarəsi xidmətinə başlayır - QİYMƏTLƏR
Bakıda skuterin kiliddən çıxarılması 0,5 AZN, səyahətin bir dəqiqəsi isə 0,15 AZN-ə başa gələcək.Bolt şirkəti Bakı və Sumqayıt şəhərlərində test rejimində elektrik skuterlərinin icarəsi xidmətinə başlayıb.
Marja.az şirkətə istinadən xəbər verir ki, xidmət yanvarın 26-dan Bakı şəhərində, 27-dən isə Sumqayıt şəhərində fəaliyyət göstərəcək.
Bolt elektrik skuterindən istifadə etmək üçün bir neçə sadə addımı yerinə yetirmək lazımdır: skuteri Bolt proqramı vasitəsilə və ya küçədə tapın, sonra onu kiliddən çıxarmaq üçün QR kodu skan edin və təhlükəsizlik və yol hərəkəti qaydalarına riayət etməklə səyahətdən həzz alın.
Təhlükəsiz səfərlər Bolt şirkətinin prioritetidir. Buna görə tətbiqdə xüsusi hazırlanmış təhlükəsizlik alətləri dəsti var, buraya aşağıdakılar daxildir:
Skuterlərinmaksimum sürəti saatda 15 km-ə qədər məhdudlaşdırılıb.
Səyahətinizi başa vurduqdan sonra, elektrik skuteri düzgün park etmək də vacibdir. Tətbiqdə icazə verilən parkinq zonalarını nəzərdən keçirə bilərsiniz. Skuteri saxlamağın qadağan olunduğu yerlər qırmızı rənglə qeyd olunub.
Elektrik skuterin icarə haqqına avtomobilin kilidinin açılması qiyməti və ondan istifadə dəqiqəsi daxildir. Bakıda skuterin kiliddən çıxarılması 0,5 AZN, səyahətin bir dəqiqəsi isə 0,15 AZN-ə başa gələcək. Xidmət haqqı kredit kartı ilə ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























