Mərkəzi Bank kapital bazarlarındakı 2 qurumun transformasiyasını nəzərdə tutur
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub.
Marja.az xəbər verir ki, Maliyyə sektorunun inkişafı strategiyasına "Kapital bazarlarının inkişaf strategiyası 2024-2026" da daxildir.
Strategiyanın məqsədləri; fərdi investorların kapital bazarlarında iştirakının təşviq edilməsi, real sektorun kapital bazarlarından maliyyələşməsinin təşviq edilməsi, xidmətlərin keyfiyyəti, əlçatanlığı və effektivliyinin təmin edilməsi, Kapital bazarlarının effektiv və çevik infrastrukturunun inkişaf etdirilməsi və risk əsaslı nəzarətin və keyfiyyət amillərinin təmin edilmə mexanizmlərinin yaradılmasıdır.
Məqsədlərə nail olmaq üçün - Bakı Fond Birjasının (BFB) transformasiyası, Milli Depozit Mərkəzinin (MDM) transformasiyası, Mərkəzi Kontragent İnstitutunun (MKİ) yaradılması və İnvestorların bazara çıxışı prosesinin təkmilləşdirilməsi nəzərdə tutulur.
BFB-nin təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə, məlumatların ötürülməsinə, geniş imkanlara və səhm və istiqraz emissiyası üçün təkmil əməliyyat sisteminə malik olan bir quruma çevrilməsi, sifarişlərin sürətli və etibarlı icrasını təmin etmək üçün BFB-nin müasir və təkmil ticarət sisteminə malik olmasının təmin edilməsi planlaşdırılır.
Həmçinin, birbaşa çıxış kanallarının genişləndirilməsi, kapital bazarlarına çıxışın təşviq edilməsi, borc qiymətli kağızlarının emissiyası tələblərinin optimizasiyası və emissiya ilə bağlı tənzimləyici proseslərin səmərəliləşdirilməsi nəzərdə tutulur.
Strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:
2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 38 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























