Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cari həftənin əvvəlində Yaponiya Mərkəzi Bankının (BoJ) tezliklə geniş miqyaslı təşviq proqramını ləğv etməyə başlaya biləcəyi ilə bağlı ehtimallar fonundan USD/JPY paritetitenində başlayan eniş tendensiyası davam edir. Mərkəzi Bankın dünən açıqlanan dekabr iclasının protokolları göstərdi ki, BoJ ultra-yumşaq pul-kredit siyasətindən çıxmaq üçün vaxt və sürəti müzakirə etməyə hazırdır. Məlumatlar həmçinin Tokioda baza inflyasiyanın yavaşladığını, mərkəzi bankın 2%-lik hədəfindən aşağı düşərək təxminən iki ilin ən aşağı səviyyəsinə gerilədiyini göstərdi.
Nəticədə Yen bir qədər möhkəmlənərək dollara qarşı 147.770-dən təklif olunur.
Bu arada, Avropa Mərkəzi Bankı cümə axşamı faiz dərəcələrini sabit saxlayıb və inflyasiya ilə mübarizəyə sadiqliyini təkrarlayıb. Bununla belə, analitiklər, ECB-nin növbəti iclasında mesajında bir dəyişikliyi nəzərdən keçirə biləcəyini, inflyasiyanın nəzarət altında olduğu görünsə, iyun ayında faiz endiriminə zəmin yarada biləcəyini qeyd edirlər.
AMB-nin faiz qərarı və bank sədri Kristin Laqardın çıxışdan sonra Avro cüzi ucuzlaşaraq 1.0840 hədlərinə düşüb və həftəni 0.5% itki ilə başa vuracağı ehtimal edilir. Bütün gözlər bu gün ABŞ-da açıqlanacaq Şəxsi İstehlak Xərcləri (PCE) Qiymət İndeksinə yönəlib. Qeyd edək ki, baza PCE qiymət indeksinin illik müqayisədə 3% artacağı təxmin edilir.
Ən son məlumatlar ABŞ iqtisadiyyatının dördüncü rübdə proqnozlaşdırılandan daha sürətli böyüdüyünü göstərdi. Hesabatdan sonra ABŞ xəzinə istiqrazlarının gəlirliliyi azalarkən, 10 illik etalon istiqrazın gəlirliliyi son olaraq 4.1126% olaraq qeydə alınıb. Qısamüddətli faiz gözləntilərini əks etdirən iki illik gəlirlilik də bir qədər azalaraq 4.2850%-ə düşüb.
ABŞ dolları güclü ÜDM məlumatları sayəsində dəyər qazanarkən, Britaniya funtu 0.07% ucuzlaşaraq 1.27$-a, Avstraliya dolları isə 0.05% dəyər itirərək 0.6590$-a düşüb.
Neft qiymətləri əvvəlki sessiyada 3% artımdan sonra 82.40$ həddini test etdikdən sonra, bir qədər ucuzlaşıb. “Brent” fyuçersləri 0.4% geriləyərək 82 dollar/barel, ABŞ xam nefti (WTI) isə 0.57% ucuzlaşaraq 76.72 dollar/barel olub. Qırmızı dənizdəki gərginlik neft qiymətlərinə təsir edərək qlobal ticarət üçün risk yaratmaqda davam edir.
Qızıl investorların diqqət mərkəzində olmaqda davam edir və onun qiyməti sonuncu dəfə bir unsiya üçün 2024$ səviyyəsinə qədər bahalaşıb. Lakin “sarı metal” bugünə ucuzlaşma ilə başlayıb və hazırda qiymətli metallar bazarında 2021$-dan satılır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























