Azərbaycan Mərkəzi Bankı onlayn lisenziya verəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarlara lisenziyaları elektron platforma üzərindən - onlayn şəkildə verməyi planlaşdırır.
Bunu qurumun şöbə rəisi Ramil Mahmudov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” adlı dəyirmi masada bildirib.
"Bu ildən iqtisadiyyatın bir sıra sektorlarında fəaliyyət göstərən sahibkarların AMB ilə işinin asanlaşdırılması üçün elektron platformalar yaradılıb. Bunlardan biri də lisenziyaların elektron verilməsi üçün platformadır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin platforma istifadəyə verildikdən sonra kağız daşıyıcılarda əməliyyat aparılması ilə bağlı zərurət qalmayacaq. Çünki həmin platformaya bir sıra dövlət qurumlarının informasiya sistemləri inteqrasiya olunacaq", - deyə o qeyd edib.
R.Mahmudov əlavə edib ki, hazırda AMB-nin elektron müraciət sistemi fəaliyyət göstərir: "İstənilən sahibkar quruma müraciət edib rəsmi şəkildə cavab ala bilər".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























