"PAŞA Kapital"dan maliyyə sanksiyası ilə bağlı açıqlama
"Pozuntu və cərimənin Şirkətin cari fəaliyyətinə və müştərilər ilə münasibətlərinə heç bir neqativ təsiri olmayıb".Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərarına əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin inzibatçısı barəsində maliyyə sanksiyası tətbiq edilib.
Şirkətdən Marja.az-a verilən məlumata görə, maliyyə sanksiyası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsaslanır. Belə ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tələblərinə əsasən, Şirkət daxili nəzarət funksiyasını yerinə yetirməli idi. Yoxlama nəticəsində 2021-2022-ci il dövrləri üçün daxili təlimlərin aparılmadığı və audit yoxlamanın vaxtında keçirilmədiyi aşkarlanmışdır. Burada əsas addımlardan biri vaxtaşırı daxili audit yoxlamasını həyata keçirmək və zəruri təlimlər təşkil etməkdir.
Qeyd edilib ki, adıçəkilən pozuntunun qanunvericilikdə nəzərdə tutulan təhlükəli fəaliyyət növləri ilə hər hansı əlaqəsi yoxdur. Tətbiq edilən cərimənin məbləği isə 2000 manat təşkil edir.
"Xüsusilə qeyd etmək istəyirik ki, bu pozuntu və cərimənin Şirkətin cari fəaliyyətinə və müştərilər ilə münasibətlərinə heç bir neqativ təsiri olmayıb, həmçinin tənzimləyici quruma təqdim edilən prudensial hesabatlıqda nöqsan kimi əks olunmayıb. Şirkət belə halın təkrarlanmaması üçün bütün zəruri tədbirləri görmüşdür", - "PAŞA Kapital"dan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























