“Rabitəbank”ın səhmdarlarına dividend, üst rəhbər heyətinə bonus ödəniləcək
“Rabitəbank” ASC müşahidə şurasının 22 yanvar 2024-cü il 7 nömrəli qərarına əsasən, 2024-cü il martın 12-si saat 17.00-da bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, Bankın yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Bankın 2023-cü maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi.
2. Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrini yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”- nın tələblərinə uyğun olaraq təsdiqi.
4. Bankın səhmdarlarına dividendlərin ödənilməsi.
5. Bankın üst rəhbər heyətinə illik bonusların ödənilməsi.
6. Təşkilati və cari məsələlər.
Yığıncağın keçiriləcəyi ünvan- Bakı şəhəri, 28 May küçəsi 33.
Xəbər verdiyimiz kimi, "Rabitəbank" ASC 2023-cü ili 13 milyon 61 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 11 milyon 181 min manat xalis mənfəət ilə bağlamışdı.
2022-ci ilin sonuna olan məlumata görə, “Rabitəbank” ASC-nin səhmdarları Rauf Əliyev (40.60%), Validə Abasova (20.13%), Seyran Nuriyev (14.51%), Zakir Nuriyev (14.44%), Dilarə Nuriyeva (9.11%), Aslan Xasıyev (1.07%) və digərləridr.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 13 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























