Enerji idarəçilərinin təyin edilməsinin tezləşdirilməsi ilə bağlı çağırış edildi - 3000 manatadək cərimə xatırladılır
Energetika Nazirliyi illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, həmçinin tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisinin təyin edilməsinin sürətləndirilməsi üçün təsərrüfat subyektinin rəhbəri və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə çağırış edir.
Enerji idarəçisinin təyin edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 279.0.3. maddəsinə əsasən fiziki şəxslərə 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslərə isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə tətbiq edilir.
Enerji idarəçisinin təyin edilməsi Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Komissiya təsərrüfat subyektinin rəhbəri və ya qeyri-yaşayış binasının mülkiyyətçisi tərəfindən 5 nəfərdən ibarət olmaqla yaradılır. Komissiyanın üzvlərindən biri Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi olmalıdır.
Enerji idarəçisinin təyin edilməsi məqsədilə Attestasiya Komissiyasına nümayəndənin təqdim edilməsi üçün müraciətlər Energetika Nazirliyinin (012) 598-16-53/54/55 telefon nömrələri, həmçinin www.minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.
Xatırladaq ki, enerji idarəçilərinin təyin edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmiş “Enerji idarəçisinə dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” ilə tənzimlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 15 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























