Panama kanalının gücü quraqlıq səbəbindən üçdə bir azalıb
İndi kanaldan hər gün 24-dən çox gəmi keçməyəcək, deyə kanal administrasiyasının rəhbəri Ricaurte Vazquez bildirib.Panama Kanalı İdarəsi quraqlıq səbəbindən suyun səviyyəsinin aşağı düşməsilə əlaqədar olaraq hər gün buradan keçən gəmilərin sayını üçdə birdən çox azaltmağa məcbur olub.
Marja.az xəbər verir ki, bu barədə Associated Press (AP) kanal administrasiyasının rəhbəri Rikart Vaskesə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, indi kanaldan gündə 24-dən çox gəmi keçməyəcək. Bu məhdudiyyət aprelin sonuna, bölgədə yağışlı mövsüm başlayana qədər qüvvədə olacaq.
Bu cür tədbirlər dünyanın ən mühüm ticarət yollarından biri olan Panama kanalı administrasiyasının gəlirlərini xeyli azaldacaq. Son hesablamalara görə, bu il itkilər 500-700 milyon dollar təşkil edir.
"Biz suyun səviyyəsinin azalması ilə bağlı yaranan problemin həllini axtarırıq", - Vaskes deyib. "Bu, təkcə kanal üçün deyil, bütün ölkə üçün problemdir". AP izah edir ki, kanalı əhatə edən göllər Panama əhalisinin yarıdan çoxunu su ilə təmin edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























