Bankın Naxçıvanda filialı fəaliyyətə başlayacaq - SƏDRİ PREZİDENTİN NÜMAYƏNDƏSİLƏ GÖRÜŞDÜ
Naxçıvanda “Ziraat Bank Azərbaycan”ın filialı fəaliyyətə başlayacaqYanvarın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Marja.az xəbər verir ki, görüşdə “Ziraat Bank Azərbaycan”ın Naxçıvan filialının yaradılması barədə fikir mübadiləsi aparılıb.
Məlumat verilib ki, 160 illik tarixə malik və dünyanın 17 ölkəsində fəaliyyət göstərən “Ziraat” Maliyyə Qrupunun üzvü olan “Ziraat Bank Azərbaycan” müştərilərə beynəlxalq ticarətdə istifadə edilən bank məhsulları və xidmətləri təqdim edir. Bankın korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərinin qısa zamanda rəqəmsal satış və xidmət platformaları üzərindən əldə olunması da mümkündür.
Bildirilib ki, Naxçıvanda yeni filialın yaradılmasında məqsəd yerli sahibkarlara və investorlara keyfiyyətli, operativ bank xidmətləri göstərməkdir. Burada həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri təqdim olunacaq.
Həmçinin Naxçıvanda fəaliyyət göstərən sahibkarlar, xüsusilə inşaat sektoru üzrə fəaliyyət göstərən iş adamları üçün biznes kreditlərinin əlçatanlığının təmin olunması perspektivləri müzakirə edilib.
Görüşdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























