2023-cü ildə Bank "BTB"nin əməliyyat mənfəəti artıb
2023-cü ildə Bank "BTB"nin əməliyyat mənfəəti 6,2 dəfə artıb.
Marja.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə Bank "BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 34 milyon 547 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 31 milyon 794 min manat, gəlilər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 753 min manat təşkil edib. Həmçinin, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan qayıdan 2 milyon 246 min manatın hesabına Bankın mənfəəti 4 milyon 999 min manata yüksəlib. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən yaranmış 7 milyon 778 min manat xərc ilə əlaqədar olaraq Bankın xalis mənfəəti olmayıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Bank "BTB"nin cəmi əməliyyat gəlirləri 31 milyon 631 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 189 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 442 min manat təşkil etmişdi.
Ötən il Bank "BTB"nin cəmi əməliyyat gəlirlərinin 2 milyon 916 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 605 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün bankın əməliyyat mənfəəti 2 milyon 311 min manat daha çox olub.
Ötən il Bank "BTB"nin faiz gəlirləri 3 milyon 213 min manat və ya 12% artaraq 30 milyon 5 min manat təşkil edib.
31 dekabr 2023-cü il tarixində Bank "BTB" 369 milyon 155 min manat cəmi aktivlərə o cümlədən, 268 milyon 610 min manat kredit portfelinə malik olub. Bank 2022-ci ilin sonunda 265 milyon 830 min manat cəmi kredit portfelinə malik idi.
31 dekabr 2023-cü il tarixində Bank "BTB"də müştərilərin müddətli depozitləri 142 milyon 732 min manat təşkil edib. Bank 2022-ci ilin sonunda 142 milyon 561 min manat müddətli depozi portfelinə malik idi.
31 dekabr 2023-cü il tarixində Bank "BTB" 50 milyon 977 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















