"Kristal Abşeron"dan təmirin keyfiyyəti barədə iddialara cavab- "Mənzil havalandırılmadığı üçün fəsadlar yaranıb"
"Mənzildə yaşanmadığı təqdirdə oboy və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, mənzil sahibi tərəfindən bu tipli tövsiyələrin heç birinə əməl olunmayıb".Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində paylaşılmış və "Kristal Abşeron" şirkəti tərəfindən inşa olunan layihələrin keyfiyyətindən bəhs edən məlumatlar əsassız və qərəzlidir.
Marja.az xəbər verir ki, bu, "Kristal Abşeron"un yaydığı açıqlamada bildirilir:
Açıqlamada deyilir:
Təəssüf hissi ilə bildiririk ki, son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində tərəfimizdən inşa olunan layihələrin keyfiyyətindən bəhs edən bir sıra əsassız və qərəzli məlumatlar paylaşılıb.
Bugünədək "Kristal Abşeron" olaraq minlərlə sakinimizin sevincinə şərik olmaq və onları arzuladıqları mənzillə təmin etmək üçün var gücümüzlə çalışmışıq. Tikinti sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin etmiş, dövlətimiz tərəfindən aparılan islahatların ən böyük dəstəkçilərindən biri olmuşuq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq ətraflı məlumat əldə edə bilərsiniz.
Müxtəlf sosial şəbəkə kanalllarında və elektron media portallarında Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyimiz çoxmənzilli yaşayış binasındakı mənzillə bağlı diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən mənzil MTK ilə mənzil sahibi arasında bağlanmış 19 mart 2019-cu il 000000242 №-li təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verilmişdir, həmçinin təhvil-təslim aktı əsasında mənzil tikinti normalarına tam cavab verir. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində də sakinimizə bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşanmadığı təqdirdə oboy və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, mənzil sahibi tərəfindən bu tipli tövsiyələrin heç birinə əməl olunmayıb. Həmçinin qeyd etmək istəyirik ki, mənzil sahibi tərəfindən yaşadığı müddət ərzində ofisimizə hər hansı bir şikayət daxil olmayıb.
Sonda nəzərinizə çatdıraq ki, şirkətimizin işguzar nüfuzuna zərər gətirilməsi üçün məqsədli şəkildə paylaşılmış bu yalan məlumatlarla bağlı hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət olunub. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























