Əhali və biznes "Azər-Türk Bank"ın kredit şərtlərini bəyənib - 126 MİLYONA YAXIN ARTIM
2023-cü il ərzində "Azər-Türk Bank"ın cəmi aktivləri 3,1% artaraq 31 dekabr 2023-cü il tarixində 995 milyon 536 min manata çatıb.
Marja.az xəbər verir ki, o cümlədən, ötən il Bankın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər)125 milyon 676 min manat və ya 39% artaraq 447 milyon 399 min manata çatıb.
2023-cü ildə "Azər-Türk Bank"ın istehlak kreditləri portfeli 85 milyon 829 min manat aratraq 229 milyon 304 min manata, biznes kreditləri portfeli 12 milyon 69 min manat artaraq 47 milyon 305 min manata, ipoteka kreditləri portfeli isə 27 milyon 778 min manat artaraq 170 milyon 790 min manata yüksəlib.
Qeyd edək ki, dövlət bankı Azər Türk Bank ötən il istehlak kreditləri üzrə kampaniya başladıb. Kampaniyanın müddəti cari ilin 31 yanvar tarixinədək uzadılıb. Kampaniya çərçivəsində fiziki şəxslərə illik faiz dərəcəsi 11,5%-dən başlayan kreditlər təkllif edilir.
Həmçinin 24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 13,5%, 14%, 15% səviyyəsindədir. 24 ayadək götürülən kreditlər üzrə komissiya 0%-dir.
Qeyd edək ki, orta aylıq xalis gəlirindən asılı olaraq, hər bir şəxs 30 000 manatadək zaminsiz kredit ala bilər.
"Azər Türk Bank"ın internet səhifəsində krediti online sifariş vermək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















