Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Danimarkanın məşhur şirkəti Azərbaycanın layihələrindən qazanmaq istəyir

“Vestas” şirkəti ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə edilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Danimarkanın məşhur şirkəti Azərbaycanın layihələrindən qazanmaq istəyir

Energetika naziri Pərviz Şahbazov ilə Danimarkanın “Vestas” şirkətinin vitse-prezidenti Jens Pinderup arasında görüş olub. 

Marja.az xəbər verir ki. görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, “yaşıl enerji”,“yaşıl hidrogen”in istehsalı və ixracı ilə bağlı perspektivlər, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizinin reallaşdırılması istiqamətində fəaliyyətə dair geniş fikir mübadiləsi aparılıb.

Reklam_3_11

Azərbaycanın elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının 2030-cu ilədək 30%-ə çatdırılması, eləcə də ölkəmizin Avropaya ilkin mərhələdə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı hədəfinə nail olunmasında xarici investorlarla həyata keçirilən külək- günəş enerjisi stansiyalarının sürətli inşasında enerji avadanlıqları ilə təminatın əhəmiyyətindən bəhs edilib.

Azərbaycanda dənizdə nəhəng külək enerjisi potensialından istifadənin, xüsusilə bu enerjinin ixraca yönəldilməsinin rəqabətqabiliyyətli külək turbinləri istehsalını aktuallaşdırdığı qeyd edilib. Bu xüsusda, “Vestas” şirkəti ilə imkanların dəyərləndirilməsi və əməkdaşlığa Azərbaycanın dəstəyi ifadə olunub.    

“Vestas” şirkətinin vitse-prezidenti Jens Pinderup isə 40 ildən çox təcrübəyə malik şirkətin 80-dən çox ölkədə fəaliyyətindən bəhs edib. Bir neçə növ turbin üzrə şirkətin təklifləri diqqətə çatdırılıb və “Vestas” şirkətinin Azərbaycanla əməkdaşlığa maraqlı olduğu qeyd edilib. 

 

11.01.2024 15:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar