Daha 813 şəxsə “Yaşıl dəhliz”dən istifadə hüququ verilib
2023-cü ildə 813 xarici iqtisadi fəaliyyət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Bunlardan 296-sı ixrac, 517-si isə idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.
Bağırov əlavə edib ki, 2023-cü il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş xarici ticarət iştirakçılarının idxal əməliyyatlarının payı 32,68 faiz, ixrac əməliyyatlarının payı isə 17,37 faiz təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayının sonuna olan məlumata görə, xarici ticarət iştirakçılarının sayı 67 515, o cümldən fiziki şəxslər üzrə 57 264, hüquqi şəxslər üzrə 10 251 şəxs olub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycanda hotellərdəki yerilərin 82 faizdən çoxu istifadəsiz qalıb
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Ulduz” Şokolad Fabriki yüksək dərəcəli beynəlxalq “IFS FOOD” Version 8 sertifikatına layiq görülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
3 ölkə enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzaladı
-
3 saat əvvəl
Şərifov: Qara dənizin dibi ilə kabel layihəsi üzrə beynəlxalq tərəfdaşlarla sıx işləyirik
-
3 saat əvvəl
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib