Şahin Bağırov gömrük məntəqələrində maşınların gecikmələrinə münasibət bildirdi
Onu sözlərinə görə, gömrük keçid məntəqələrində yük maşınlarının gecikmələri qonşu ölkələrdən qaynaqlanırGömrük keçid məntəqələrində yük maşınlarının hərəkəti üçün müəyyən problemlərin olması ilə bağlı bəzən iddialar səslənir.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bu iddialara münasibət bildirib:
"Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin tranzit imkanlarının genişləndirilməsi məqsədilə nəqliyyat, logistika, sahələri ilə yanaşı, dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması, potensalının artırılması istiqamətində hökumət tərəfindən mühüm addımlar atılır. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrinin mövcud imkanları ölkəmizin ərazisindən keçən yük və nəqliyyat axınlarını gecikmələrə yol vermədən, asan və sürətli şəkildə idarə etməyə imkan verir. Lakin nəzərə almaq lazımdır ki, sərhədkeçmə prosesləri həm də qonşu ölkələrdəki gömrük-keçid məntəqələrinin fəaliyyətindən və buraxılış imkanlarından asılıdır.Belə ki, bəzən fors-major hallar və ya mövsümlə əlaqədar olaraq ölkəmizdən keçən nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur. Qonşu ölkələrin ərazisində yerləşən bəzi müqabil gömrük–keçid məntəqələrinin buraxılış qabiliyyəti aşağı olduğundan bu zaman sərhədkeçmə proseslərində gecikmə halları baş verir.
Bu halların aradan qaldırılması, nəqliyyat və yük axınlarının sərhədkeçmə proseslərinin sinxronlaşdırılması məqsədilə müqabil ölkələrin aidiyyəti qurumları ilə mütəmadi olaraq danışıqlar və əlaqələndirmə işi aparılır. Bundan əlavə, gömrük sistemində mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilməsinin süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) əsasında həyata keçirilməsi öz növbəsində gömrük sərhəd buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinində sürətli keçidinə xidmət edəcək".
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Avropadan Azərbaycan vətəndaşının kartına sürətli və sərfəli pul köçürmələri mümkün oldu
-
23 d. əvvəl
Vergi və Gömrük üçün planlar artılır - DAHA ÇOX VERGİLƏR YIĞILACAQ
- 55 d. əvvəl
-
1 saat əvvəl
İri şəbəkə yenidən işçilər yığır - İş təcrübəsi, təhsil vacib deyil
- 12 saat əvvəl
-
12 saat əvvəl
2025-ci ilin sonunda Azərbaycanın dövlət borcu 30 milyard manata yaxınlaşacaq
-
12 saat əvvəl
Gələn il dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərclənəcək
-
12 saat əvvəl
Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq, 2 milyard manatdan çox borc qaytaracaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan hökumətinin 2029-cu ildək Dollar/Manat məzənnəsi üzrə proqnozu məlum oldu
-
13 saat əvvəl
2025-ci ildə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı
- 13 saat əvvəl