Məktəblərdə və bağçalarda yemək xidməti Şirinovun rəhbərlik etdiyi şirkətə həvalə olundu -26 MİLYON ALACAQ
Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi, Nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması ilə bağlı açıq tenderi tamamlayıb.
Marja.az xəbər verir ki, tenderdə qalib "TAİS İKF" MMC şirkətidir. Onun təklifi 14 milyon 311 min manat olub.
Bundan başqa, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təkliflər sorğusu üzrə"TAİS İKF" MMC ilə məbləği 12 milyon 86 min manat olan müqavilə imzalayıb. Bu müqavilə "2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasını nəzərdə tutur. "TAİS İKF" MMC şirkəti 2023-cü ildə bu xidmət üzrə Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsilə 12 milyon 704 min manatlıq müqavilə bağlamışdı.
1994-cü ildə dövlət qeydiyyatına alınmış və 10 manat nizamnamə kapitalı olan "TAİS İKF" MMC şirkətinin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-dir. RS-Cleaning, RPC-Co, SHİRİNPAY, RS-HORECA və REM Services brendləri "TAİS İKF" MMC-yə məxsusdur.
Qeyd edək ki, ötən ilin sentyabr ayında "TAİS İKF" MMC şirkəti “Bakı Metropoliteni” QSC-nin stansiyaları, binaları, qurğuları və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması ilə bağlı tenderin qalibi olmuş və 3 milyon 762 min manatlıq müqavilə imzalamşdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























