PAŞA Bank biznes kreditləri portfelini 300 milyon manat artırıb
“PAŞA Bank” Azərbaycan Maliyyə Forumunda iştirak edibYanvarın 9-da Bakıda “Azərbaycan Maliyyə Forumu: Nailiyyətlər və Çağırışlar” adlı genişmiqyaslı tədbir keçirilib.
Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə maliyyə sektorunun, biznes və ictimai təşkilatlarının rəhbərləri bir araya gəliblər.
Forum çərçivəsində innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanları, bu əsasda ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışlar müzakirə edilib. Bundan başqa, iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılmasına dair mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin panel sessiyalarında ümumi bank sektoru üzrə çağırışlar, bankçılıqda 2023-cü il üzrə nailiyyətlər, Fintex sahəsində yeni dövrün gətirdiyi imkanlar, investisiyaların cəlb edilməsinin genişlənməsi, kiçik və orta sahibkarlığın maliyyələşməsində yeni imkanlar və sığorta bazarının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Forumda spiker qismində çıxış edən “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev korporativ bankçılıqda əldə olunan nailiyyətlər və bu seqmentin perspektivləri haqqında fikirlərini bölüşüb. O, 2023-cü ildə ölkə iqtisadiyyatında, xüsusilə qeyri-neft sektorunda əldə olunan nailiyyətləri qeyd edərək, onların ümumi korporativ bankçılığın inkişafında rolunu vurğulayıb.
“2022-ci ildə qeyri-neft sektorunda ÜDM 69 mlrd. manat təşkil edib, lakin 2023-cü ildə bu rəqəm 77 mlrd. manat səviyyəsində gözlənilir. Bu göstəricinin artmasına fəal inkişaf edən qeyri-neft seqmentlərinin - kənd təsərrüfatı, turizm, tikinti və digər sektorların töhfəsi qeyd edilə bilər. Eyni müddət ərzində ölkədə korporativ və KOS seqmentinə ayrılan biznes kredit portfeli 1,4 mlrd. manat artaraq, mühüm bir rəqəmə - 12,4 mlrd. manata çatıb. PAŞA Bank sistem əhəmiyyətli bank olaraq, bu artımın təqribən 20%-ni təmin edib, bununla da biznes kreditləri portfelinin 300 mln. manat artmasına nail olub”, - deyə, “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini B. Nağıyev vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























