"Kreditlərin dollarlaşma əmsalı 18,8 faiz, depozitlərin dollarlaşma əmsalı isə 36,4 faizdir"
"Bankların aktivləri 49 milyard manatı keçib"2023-cü ilin sonuna Azərbaycan banklarının aktivləri 49,2 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Bnu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda "Nailiyyətlər və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"O cümlədən, ötən il bankların iqtisadiyyata kredit qoyuluşu 18,3 % artaraq 23,2 milyard manata çatıb. Kreditlərin dollarlaşma əmsalı isə 18,8 % təşkil edib", - deyə o qeyd edib.
Bundan başqa, ABA sədri deyib ki, bu ilin əvvəlinə banklarda ötən ilin əvvəlinə nisbətən 2,3 % çox - 34,6 milyard manat depozit, o cümlədən 9,2 % çox - 12,5 milyard manat əmanət olub: "Depozitlərin dollarlaşma əmsalı 36,4 % olsa da, fiziki şəxslərin əmanətləri üzrə bu hədd 33,4 % təşkil edib. Bunlar da illik müqayisədə müvafiq olaraq 10,7 faiz bəndi və 6,4 faiz bəndi azdır".
Z. Nuriyevin sözlərinə görə, il ərzində bankların kapital mövqeyi də güclənib, sektorun balans kapitalı 8,4 % artaraq 6,1 milyard manat olub.
ABA sədri 2023-cü ildə bankların 2022-ci illə müqayisədə 17 % çox - 1,1 milyard manat mənfəət əldə etdiyini də qeyd edib.
"Hesabat dövründə bank kartlarının sayı 23 % artaraq 16,6 milyon ədəd təşkil edib. Bu artımın böyük hissəsi təmassız kartların hesabına baş verib. Belə ki, son 12 ayda ölkədəki kart sayında artım 3,1 milyon ədəd olub ki, bunun da 95,4 %-i məhz təmassız ödənişlərə imkan verən kartlardır. Ümumilikdə isə ödəniş kartlarının 76 %-dən çoxu təmassız ödənişləri dəstəkləməkdədir. POS -terminallarla ödənişlərin isə 91 %-dən çoxu məhz təmassız ödənişlərin payına düşməkdədir", - deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























