Sığorta agentlərinəə 43,5 milyon manata yaxın komissiya haqqı ödənilib
Sığorta şirkətləri 9 ay ərzində agentlərə 43,5 milyon manata yaxın komissiya haqqı ödəyib2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 196 milyon 670,4 min manat təşkil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 34,5% çoxdur.
Bu barədə sığorta bazarındakı mənbə məlumat verib.
Xərclərin 22,1%-i – 43 milyon 453,5 min manat (artım 49,4%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
62 milyon 803,6 min manat (artım 18,1%) və ya xərclərin 31,9%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 9 milyon 592 min manat (artım 8,1%), sosial ayırmalar 10 milyon 510,2 min manat (artım 16%), icarə ödənişləri 6 milyon 62,6 min manat (artım 11,7%) təşkil edib.
Bundan başqa, sığorta sektoru reklama 3 milyon 409,8 min manat (artım 1,7 dəfə) yönəldib.
2022-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 43 milyon 606,3 min manat yönəldib (2021-ci illə müqayisədə azalma 19,7%). 2022-ci ildə sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 20,9%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















