Qlobal bankdan yeni dollar/TL proqnozu
Dünyada böyük bank və maliyyə xidmətləri təşkilatlarından biri olan HSBC, ABŞ dolları/Türk Lirəsi (TL) məzənnəsinin 2024-cü ilin sonuna qədər mülayim artımla 33 lirəyə çatacağını nəzərdə tutur. Hazırda Dollar/TL məzənnəsi 29,78 lirəyə bərabərdir.
Marja.az xəbər verir ki, HSBC strateqləri bildirib: "Lirənin ucuzlaşmasına nəzarət strategiyası işləyir, pul siyasəti "FX carry"ni dəstəkləyərkən, dollarlaşmanı məhdudlaşdırır və makroiqtisadi sabitləşməyə kömək edir".
Strateqlər, 2023-cü ilin ortalarından başlayaraq geniş miqyaslı faiz artımı nəticəsində "carry" dinamikasının lirənin xeyrinə çevrildiyini bildiriblər.
HSBC strateqləri aşağıdakı qiymətləndirməni ediblər:
"Lirə əmanətləri üzrə ödənilən faizlər güclü yüksəlib. Real olaraq bu əmanətlərin gəliri hələ də mənfidir, lakin dinamika lirə üçün açıq şəkildə daha müsbətə çevrilib. Lirə əmanətlərinin cəlbediciliyi 2024-cü ildə ilin ikinci yarısında dezinflyasiya ilə daha da arta bilər. Lirə üçün real faiz tendensiyası diqqət mərkəzində olacaq. Kreditlərin artıması yavaşladıqca, daxili tələb böyük ehtimalla zəifləyəcək və cari əməliyyatlar kəsiri azalacaq. Bu, lirənin daha az kövrək olmasını təmin edəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)








