"2023-cü il üzrə mənfəətimiz 40 milyon manatdan çox olacaq"
Biz nəinki həyat sığortası bazarında, o cümlədən ümumi sığorta bazarında mənfəət üzrə rekord bir nəticəyə gəlib çatmışıq. Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) göstəricilərinə əsasən 2023-cü ilin sonuna mənfəətimiz 40 milyon AZN-dən çox olacaq.
Marja.az xəbər verir ki, bunu "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib.
Şirkətin sədri "Strategiyamızın sonuncu ilinin uğurlu olmasını proqnoz edirdik, çünki 2021-2022-ci illərdə biznesimizdə xeyli işlər görülmüşdür, xüsusən də Agile transformasiya çərçivəsində müəyyən məhsulların inkişafı, proseslərin avtomatlaşdırılması, eləcə də Data Analitika sahəsinə kifayət qədər sərmayə qoyulmasını sadalaya bilərəm" deyərək əlavə edib.
"Ötən il bildirmişdik ki, Agile metodologiyasını ənənəvi struktur olan Satış departamentində tətbiq etməklə yığımlarda 25%-ə yaxın artım əldə etmişik. Ümumiyyətlə, Agile metodologiyasını bəzi arxa ofis strukturlarının proseslərində tətbiq etdik və nəticələr uğurlu olduğundan artıq növbəti illərdə digər strukturlarda da sözügedən metodologiya tətbiq olunacaq.
Məhsullar üzrə qeyd edə bilərəm ki, PAŞA Həyat cəmi 4 məhsulla təqdirəlayiq nəticələr əldə edib və ilin sonuna mənfəət üzrə yeni rekorda imza atıb. Digər könüllü növ məhsulların inkişafı istiqamətində işlərin icrası üçün laboratoriya yaradılıb və nəticə olaraq Korporativ Həyat Sığortası məhsulu üzrə 7,5 milyon AZN sığorta yığımları əldə olundu. Bu onun göstəricisidir ki, könüllü növ məhsullar üzrə inkişafın təməli artıq qoyulub və növbəti illərdə də satışların artırılmasına doğru gedəcəyik.
Həmçinin 2023-cü ildə PAŞA Həyat Naxçıvan nümayəndəliyinin açılışını elan etdi. Naxçıvan nümayəndəliyi portfelimizə daha çox İcbari sığorta sahəsi üzrə təsir göstərəcək, növbəti illərdə isə biz bu bölgədə digər könüllü məhsul növlərinin üzərində də işləyəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























