Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası təsdiq edilib
Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə hazırlanan Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası təsdiq edilib.
Mərkəzi Bankın yaydığı məlumata görə, ölkəmizin kapital bazarlarında mərkəzi mövqedə olan Milli Depozit Mərkəzinin növbəti strateji dövrdə təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş xidmətlər təqdim edən və effektiv əməliyyat çərçivəsi olan bir quruma transformasiyası hədəflənir.
Strategiya çərçivəsində Azərbaycanda kapital bazarlarının səmərəli və effektiv fəaliyyət göstərməsinə və böyüməsinə dəstək göstərmək məqsədilə Milli Depozit Mərkəzinin fəaliyyətlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və dayanıqlı ticarətsonrası infrastrukturunun qurulması nəzərdə tutulur.
Milli Depozit Mərkəzi Mərkəzi Bankın təsis etdiyi qeyri-kommersiya hüquqi şəxs olaraq qiymətli kağızların saxlanmasını, onlar üzərində mülkiyyət hüquqların qeydiyyatını və qiymətli kağızlar üzrə ticarətdən sonrakı hesablaşmaları həyata keçirən depozitar təşkilat kimi ölkəmizin aparıcı maliyyə institutlarından biridir. Maliyyə sektorunun ümumi sağlamlığına və sabitliyinə töhfə verəcək qabaqcıl və effektiv bir təşkilat kimi Milli Depozit Mərkəzi bazar iştirakçılarının əlçatan, məsuliyyətli və innovativ xidmətlərə çıxışının təmin olunduğu bir gələcəyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















