Sığorta şirkətləri tərəfindən təminat verilən risklərin həcmi yarım trilyon manata çatır
Azərbaycanın sığorta şirkətləri tərəfindən əhali və iş adamlarının hansı məbləğdə risklərinə təminat verildiyi açıqlanıb.
“Marja” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev, "Bu gün statistikaya baxsaq, təminat verilən risklərin həcmi yarım trilyon manata çatır" deyib və əlavə edib:
"Yəni, 500 milyard manatlıq risk sığorta tərəfindən müdafiə olunur. Bu da Azərbaycanın illik ümumi daxili məhsulunun (ÜDM - red) beş qatıdır. Biz bununla kifayətlənməli deyilik. Bu, bəzi ölkələrdə ÜDM-in 20 qatınadək çatır. Düşünürəm ki, sığorta bazarı hazırkı templə böyüyərsə, iş adamlarının və əhalinin daha çox riskinə təminat vermək imkanı yaranacaq".
Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-noyabr ayları ərzində (11 ayda) Azərbaycanın sığorta şirkətləri tərəfindən 1 milyard 108 milyon 234 min manat sığorta haqları hesablanıb, 497 milyon 466 min manat sığorta ödənişləri həyata keçirilib. 2022-ci ilin 11 ayı ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən 875 milyon 132 min manat sığorta haqları hesablanmış, 400 milyon 953 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, bu ilin 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə hesablanmış sığorta haqları 26,6%, sığorta ödənişləri 24,1% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























